İranın Atom Enerjisi Təşkilatının sədri bildirib ki, bəzi qruplar ifratçılığa və islamdan saxta və qeyri-düzgün rəvayətlərə əsaslaraq, dünyada islamofobiyaya səbəb olublar və onlarla qarşılaşmaq vacibdir.
Əli Əkbər Salehi ötən gecə Fələstinin Tehrandakı səfirinin təşkil etdiyi şam ziyafətində etdiyi çıxışında İslam dünyasında bir çox məsələlərin, o cümlədən qadınların hüququ və ifractçılq məsələlərinin mövcud olmasına toxunaraq, onların həli üçün prioritetlərin təyin edilməsinin vacibliyini bildirib və deyib: Bizim əsas prioritetimiz islam dünyasına qəbul etdirilmiş fasilələri qaldırmaqdır. Bu fasilələrdən biri də şiə ilə sünni arasında olan fikir ayrılıqlarıdır, biz bunun azaldılması istiqamətində addım atmalıyıq zira belə olmazsa bütün ölkələr və xalqlar bundan zərər çəkəcək.
Salehi çıxışının digər hissəsində bildirb ki, İran Ərəbistanla əlaqələrin konstruktivləşməsinə təkid edir və ümid edirəm ikitərəf itirilmiş etimadın yenidən bərpa edilməsi üçün səy göstərsinlər.
Iranın Atom Enrerjisi Təşkilatının sədri İran, Ərəbistan və Türkiyənin regionda özəl yerinə toxunaraq bildirib ki, bu üç ölkənin qarşılıqlı əməkdaşlıqları önəmli və konstruktiv olacaqdır.
Salehi bu üç ölkənin bir-birləri ilə fikir ayrılıqlarına toxunaraq təkidlə bildirib ki, bu fikir ayrılıqları tərəflərin bir-birlərindən uzaqlaşmasına səbəb olmamalıdır və bir çoxlu məsələlər üzrə anlaşma imkanı mövcuddur.