AsyaDünyaİranXƏBƏRLƏR

İran prezidentinin canlı müsahibəsi

İran İslam Respublikasının prezidenti ötən gecə (çərşənbə 5 fevral) canlı televiziya müsahibəsində İslam inqialbının Fəcr öngünlüyünü İran xalqına təbirk edərək, İmam Xomeyni (rə) və inqilab və müqəddəs müdafiə şəhidlərinin xatirəsini əzizləyib.

Həsən Ruhani bildirib: İslam İnqilabı tarix boyu baş verən böyük bir möcüzə olmuşdur və müdafiəsiz bir xlaqın təpədən-dırnağa dək silahlanmış bir rejim qarşısında qələbə çalması misli görünməmiş bir hal idi.
İran prezidenti çıxışının digər hissəsində İran xalqını 22 Bəhmən (11 fevral) İslam İnqilabı zəfərinin ildönümü mərasimlərində geniş iştiraka çağırmışdır.
Ruhani İranın xarici siyasəti barədə isə deyib: Beynəlxalq arenada yeni bir atmosfer yaradnıb və İran xalqı konstruktiv əlaqələri öz şüarları sırasında yerləşdirib. Biz bu gün ölkənin xarici siyasətində böyük bir dəyişikliyin baş vermsinin şahidiyik həm qonşularımızla həmdə dünyanın böyük qüdrətləri ilə.
İran prezidenti xarici siyasət meydanında iri addımların atılmasına toxunaraq deyib: Bizim, dünyanın böüyk ölkələri ilə əlaqələrimizdə böyük dəyişikliklər baş verib.
Ruhani əlavə olaraq deyib: Əlaqələrimiz qonşu ölklərlədə irəliləmək üzrədir biz qonşularla uzun danışıqlar aparmışıq əlbəttə bəziləri ilə şərait səbəb olub ki, uzun danışıqlar baş versin.
Ruhani özünün bəzi ölkə başçıları ö cümlədən Türkmənistan, Azərbaycan R-ı, Ermənistan, Türkiyə və İraq başçıları ilə baş tutan görüşləri barədə deyib: Bu görüşlərdə iqtisadi-mədəni və regional və beynəlxalq sahələrdə geniş şəkildə müzakirə aparılmışdır.
Ruhani xarici investorların İranda investisiya yatırmağa maraqlı olduqlarını və müxtəlif xarici siyasi və iqtisadi heyətlərin İrana səfərlərinə gəlincə deyib: Biz hazırda ölkənin siyasi və iqtisadi sektorunda böyük bir izdihamla qarşılaşmışıq və dünyanın müxtəlif ölkələrindən Tehrana səfərlərinin şahidiyik. O deyib: Təxminən 117 siyasi qrup Tehrana daxil olublar və qarşıdakı aylarda isə xarici işadamları və xarici ölkə başçılarının İrana səfərləri ilə də böyük dəyişikliklərin şahidi olacağıq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu