İran İslam Respublikasının prezidenti incəsənətin təbiətini xeyir və yaxşılıqla yanaşı olduğunu deyərək bildirib ki, incəsənət ilə mənəvi dəyərlər arasında təbii bağlılıq mövcuddur.
Höccətül-İslam Həsən Ruhani ötən gecə (çərşənbə 8 yanvar) İranın bir qrup mədəniyyət və incəsənət xadimləri ilə Tehranda görüşdə açıqlayıb: Sənətçi dünyanı yeindən bərpa edir və onun işi ilahi dəyərlərin davamındadır.
İran prezienti incəsəntin azadlıq olmadan mənasız olduğunu bildirərk və hər bir təşəbbüskarlığın azadlıq sayəsində mümkün olduğunu bildirərək deyib: Əlbəttə incəsənət sahəsində də ənənə, ictimai əxlaqiyyat çərçivəsində məhdudiyyətlərdə mövcuddur ki onun çərçivəsini müəyyənləşdirir.
Ruhani İranın məşhur və görkəmli şairi Hafizi İran xalqının ədəbi və incəsənət üzrə tarixi yaddaşı kimi dəyərləndirərək deyib: Hafiz dini təlimlər və Quran ilə dolu olan bir sinəyə malik olaraq, cəhalət, xürafəçilik, ikiüzülük və hiləgərlikdən bezmişdir.
İran prezidenti İslam İnqilabının İranın tarix və incəsənət sahəsində dərin təsir buraxdığını bildirərək deyib: İslam İnqilabı zəfər çalmazdan öncə, İran cəmiyyətinin iri hissəsi ilə incəsənt arasında uzaqlaşma cərəyanı yaranmışdı lakin əsrimizin dahi rəhbəri və irana azadlıq bəxş edən İmam Xomeyni (rə)-in ən böyük xidmətlərindən biri də dindarları incəsənətlə barışdırması olmuşdur.
Ruhani İslam İnqilabının İranın bütün ictimai səvəiyyəsində incəsənətin genişləndiriməsində önəmli rol ifa etdiyini bildirərək deyib: İslam İnqilabının zəfər çalmasından öncə, Qərb və Pop müsiqisi İranın ənənəvi müsiqisini talan etmək halında idi ancaq İslam İnqialbı İranın milli müsiqisini yenidən bərpa etdi.