AsyaDünyaİraqXƏBƏRLƏR

İraqın qəbilə başçıları Əl-Qaidə qruplaşmasına xəbərdarlıq ediblər

İraqın Fəllucə şəhərinin qəbilə başçıları ötən gün Əl-Qaidə silahlı yaraqlılarına xəbərdarlıq ediblər ki, bu şəhərdə hərbi toqquşmanın qarşısının alınması üçün tezliklə bu şəhəri tərk etsinlər.

Gəbilə başçılarının xəbərdarlıqları bir halda verilib ki, silahlı yaraqlılar İraq ordusunun bir qarnizonuna basqın edərək 12 əsgəri qətlə yetiriblər.
İraq hökuməti Bağdadın qərbində yerləşən məntəqələrin nəzarəti altında olduğunu vurğulayır və ölkənin baş naziri Nuri Maliki Əl-Qaidəyə bağlı qruplalşmalardan toqquşmadan əl çəkmələrini tələb edib.
Maliki həftəlik televiziya çıxışında Daiş adlanan “İraq və Şam İslam hökuməti” qruplaşması terrorçularının silahlarını yerə qoyduqları təqdirdə əfv edilmələri haqda məlumat verib.
Əldə edilən məlumatlara əsasən, Əl-Ənbar valisinin bir sözçüsü qəbilə başçılarının Daiş qruplaşmasının Fəllucə şəhərindən çıxarılması üzrə razılıq əldə ediblər.
Son günlərdə İraqın Əl-Ənbar vilayətində firqəçilik üzrə qarşıdurmalar kəskin dərəcə artmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu