Suriyanın Xarici İşlər Nazirliyi bu ölkədə cihad barədə “Müsəlman Din Alimləri Cəmiyyəti” adlı qurum tərəfindən verilən çağırışa reaksiyada Misir dövlətini Suriya xalqının qanının axıdılmasında iştirakda ittiham edərək, cihad fitvalarının verilməsini bir növ terrorçuluğa təhrik kimi qiymətləndirib.
Ərəb ölkələrindəki bir çox ifratçı şeyxlərin üzvü olduqları “Müsəlman Din Alimləri Cəmiyyəti” adlı qurum iyunun 12-də Qahirədə iclas keçirib, “Suriyada cihad” vacibliyini vurğulayaraq, Suriya dövlətini dəstəkləyən ölkələrin sanksiya edilmələrini istəmişdi.Suriyada cihad
Suriya XİN-in müraciətində deyilir: Bu cür fitvalar dini çətir altında və Suriyanın dövləti və xalqı əleyhinə düşmənçilik hücumları çərçivəsində verilir və Qətər, Ərəbistan, Türkiyə, Fransa və digər qərb ölkələri bu fitvaların verilməsinin arxasında dururlar.
Suriyanın Xarici İşlər Nazirliyi öz müraciətində həmçinin dünya ictimaiyyətindən istəyib ki, terrorizmlə mübarizə sahəsindəki vəzifələrinə əməl və Suriyada terrorizmi dəstəkləyən ölkəl