Avropa Parlamentinin sədri- Martin Şultz Amerika dövlətindən istəyibdir ki, həmin ölkənin Avropa İttifaqının Vaşinqton və Nyu-Yorkdakı ofisləri barədəki casusluq hesabatı haqda izahat versin.
O, deyibdir ki, əgər Avropa Birliyinin nümayəndəliklərində axtarış xəbəri düz olarsa, bu, Avropa Birliyi ilə Amerikanın əlaqələrində ciddi təsirlər buraxacaqdır.
Almaniyada çıxan Şpigel jurnalı iki min onuncu il ilə əlaqədar olan bir amerikan gizli sənədinə işarə edərək, yazıb ki, Amerika Milli Təhlükəsizlik Agentliyi Avropa Birliyinin Vaşinqtondakı daxili computer şəbəkələri və bu birliyin Nyu-Yorkda yerləşən BMT qərargahındakı nümayəndəliyində axtarış aparıbdır.
Avropa Birliyi haqdakı bu sənəd Amerikanın kəşfiyyat orqanlarının bir “hədəf”i adlandırılıb.
Hələlik məlum deyil ki, Amerika Milli Təhlükəsizlik Agentliyi Avropa Birliyinin hansı informasiyalarını əldə edibdir. Lakin Avropa Birliyinin hərbi və ticarət məsələləri barədəki mövqelərinin detallarını bilmək avropalılarla müzakirə tərəfi olan Amerika rəsmilərinə kömək edəcəkdir.
Cənab Şultzdan əlavə, Lüksemburqun xarici işlər naziri də deyibdir ki, Amerika yaxşı olardı, müttəfiqləri deyil, öz kəşfiyyat agentlikləri üzərində nəzarətə malik olsun.
ABŞ dövləti indiyədək bu haqda susubdur.
Amerikanın Avropa Birliyindən casusluq etməsi haqdakı sənədi Amerika Milli Təhlükəsizlik Agentliyinin sabiq sponsorlarından olan Edvard Snoden “Şpigel” jurnalının ixtiyarına veribdir.