İşğalçı sionist rejimin məhbəslərində saxlanılan iordaniyalı əsirlərin ailələrindən onlarla nəfər, eləcə də bir qrup İordaniya vətəndaşı Avropa Birliyinin Əmmandakı ofisi qarşısında aksiya keçirib.
İordaniyalıların İordaniyanın dövlət orqanları qarşısındakı ardıcıl aksiyaları bu ölkə dövlətinin diqqətsizliyinə görə, bir nəticəyə çatmayıbdır.
Avropa Birliyi Komissarlığından olan bir heyət bu piketçilərlə görüşdə vəd verib ki, tezliklə bu əsirlərin ailələri ilə Avropa Birliyi Komissarlığının İordaniyadakı səfiri arasında bir görüş keçiriləcək.
Piketçilər öz şüarlarında Avropa Birliyi Komissarlığından istəyiblər ki, sionist rejimin beynəlxalq müahidələr və qanunları pozması və əsirlərə qarşı cinayətlərinə baxsın.
Sionist rejim məhbəslərində saxlanılan iordaniyalı əsirlər mayın ikisindən bəri qeyri-məhdud aclıq aksiyasına əl atıblar ki, onun nəticəsində onların bəziləri xəstəxanaya köçürülüb. Belə bir halda, əlli gündən yuxarı aclıq keçirənlərin şəhadəti barədə nigaranlıqlar şiddətlənibdir.
