Hindistan və Pakistan orduları çərşənbə günü Kəşmir məntəqəsində nəzarət bölgəsində bir-birlərinin mövqelərini atəşə tutublar.
Bu atəşkəs çərşənbə günü günortadan sonra Kəşmirin yaylıq mərkəzi olan Seringer şəhərinin təxminən 185 km cənub-qərbində yerləşən Punç məntəqəsinin Məndəhar bölməsində pozulub.
Hindistan ordusunun Camudakı sözçüsü deyib: Pakistan ordusu bu gün atəşkəsi pozdu və Məndəhar məntəqəsindəki bizim qüvvələrimizə doğru atəş açdı.
“Qüvvələrimiz də Pakistan ordusunun bu atəşinə cavab atəşi veriblər” –deyə sözçü bildirib.
Hindistan ordusunun sözçüsü xatırladıb: Atışma 1 saatdan uzun çəkdi. Onlar (Pakistan ordusu) yüngül və qranatomiyot silahlarından bizim mövqelərimizi atəşə tutublar. Biz bu atışmada xəsarət görmədik.
Bu hadisə, Kəşmir məntəqəsində nəzarət xətti boyunca artmaqda olan toqquşmaların yeni halıdır. Bu toqquşmalar Hindistan və Pakistan arasında diplomatik qalmaqalları da artırmışdır.
Pakistan və Hindistan 2003-cü ildə razılıq əldə ediblər ki, atəşkəsə riayət etsinlər. bununla belə iki ölkə qüvvələri hazırda bir-birlərinin mövqelərini atəşə tuturlar. İki ölkə həmçinin bir-birlərini atəşkəsi pozmaqda suçlayır.
