Çin Amerikanın təhlükəsizlik təşkilatlarının kibernetik hücumları haqda nigaranlığını bildirib və bu haqda öz etirazını Birləşmiş Ştatlara bildiribdir.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Huva Çoninq media mənsublarına deyib: Rəsmi Pekin Amerikanın dövlət təşkilatlarının Çinə qarşı kibernetik hücumları haqda kəskin şəkildə nigarandır.
Çoninq sonra deyib: Xəbər medialarının Amerikanın Çİnə internet casusluğu haqdakı məlumatları və hesabatları ” bir daha sübut etdi ki, Çin kibernetik hücumların qurbanıdır və biz öncələr bu məsələni amerikan tərəfə bildirmişik.
Çinin Xarici İşlər Nazirliyi sözçüsünün sözləri, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi CİA Təşkilatının keçmiş işçisi Eduvard Snoden-in Amerikanın, Çinin ən mühüm tədqiqat mərkəzlərindən biri olan Çinquva Universitetinə qarşı kibernetik hücumu haqda xəbər verməsindən sonra bəyan edilir.
Snoden həmçinin Amerikanın Milli Təhlükəsizlik Agentliyinin Honkonqda yerləşən dünyanın ən böyük sualtı kabel şəbəkələrinə malik Paknet şirkəti kompüterlərini hak etməsini də ifşa edib.
