İran İnqilab Gözətçiləri Ordusuna bağlı Besic milis qüvvələrinin komandiri general Məhəmməd Rza Nagd, Türkiyənin Kobani’nin dəstək yollarını bağladığını söylədi.
İran mərkəzli fars agentliyinin xəbərinə görə, general Nagd, Sənəndəc şəhərində təşkil edilən “Qüdsə doğru” adlı manevrdə etdiyi danışmada Türkiyənin Kobani’nin dəstək yollarını bağladığını iddia etdi.
Bəzi kəslərin döyüşmək üçün Qəzza, Qərb Şəriyə və Kobani’nin getmək istədiyini söyləyən İranlı komandir, bölgənin döyüşçüyə deyil kömək vəsaitini ehtiyacı olduğunu söylədi.
Tuğgeneral Nagd, “Təəssüf ki, kömək etmələri gözlənilən ölkələr Sionistlərin safında iştirak edərək bunu önləməkdə” ifadəsini istifadə etdi.
Misirin Qəzzaya, İordaniyanın Qərb Şəriyəyə istiqamətli yardımları maneə törətdiyini açıqlayan İranlı komandir, Türkiyənin də Kobani’nin kömək edilməsini önlədiyini bildirdi.