Misir prezidenti- Məhəmməd Mursi bu gün səhər xalqın tələblərinə cavab üçün ordunun 48 saatlıq ultimatumunu rədd etdi.
Frans-Press-in məlumatına görə, Mursi vurğulayıb ki, Misir heç bir şəraitdə heç bir geriyə çəkilməyə icazə verməyəcək.
Röyters də xəbər veribdir ki, Mursi belə vurğulayıb: Ordunun bəyanatı və onun ölkədə anlaşmaya nail olmaq üçün siyasi rəsmilərə 48 saatlıq ultimatum təyin etməsi ölkədə “çaxnaşma toxumunun səpilmə”sinə səbər olacaq.
Eyni zamanda, Misirin xarici işlər naziri öz vəzifəsindən istefa verib. Misirin xarici işlər naziri- Məhəmməd Kamal Əmrin istefası ilə aksiyaçıların himayəsi istiqamətində öz vəzifələrindən istefa verən bu ölkə nazirlərinin sayı on bir nəfərə çatıb.