İordaniyanın Müsəlman Qardaşları Qrupu Misir ordusunun , bu ölkə prezidenti Məhəmməd Mursini hakimiyyətdən kənar etmək üzrə hərəkətini hərbi çevriliş adlandıraraq, bu hərəkətin işin sonu olmadığını bildirib.
İordaniyanın Müsəlman Qardaşları qrupu özünün internet saytında yaydığı bəyanatında ” Misirin müasir tarixində xalq tərəfindən seçilmiş yeganə prezidentə qarşı hərbi çevrilişi” pisləyərək, bildirilib ki, Misir xalqının azadələrindən onlarla milyon nəfərin qanunilik və azad iradəni himayə üzrə aksiyaları bu məsələni təsdiq etdi.
İordaniyanın Müsəlman Qardaşları qrupu bu hərbi çevrilişdən mənşə alan bütün nəticələrin qəbuledilməz olduğunu , Qərbin dəm vurduğu minimum demokratiya meyarları ilə ziddiyyətdə olduğunu bildirib.
Bəyanatda sonra deyilir: Bu çevriliş Misir xalqının istəyi və seçimləri ilə ziddiyyətdədir.