İran İslam Respublikası Daxili İşlər Nazirliyinin seçki qərargahının bildirdiyinə görə, səsləri sayılmış məntəqələrin seçki nəticəsi Həsən Ruhaninin birinci yerdə dayandığını göstərir.(yerli vaxtla saat 08:15)
Məlumata əsasən, 5876 qutudan 2 milyon 927 min 547 səs sayılıb.
Bunlardan 1 milyon 495 min 998 səs Həsən Ruhaniyə və 487 min 549 səs isə Müuhəmməd Bağir Qalibafa aiddir.
Sırada Səid Cəlili, Möhsün Rzai, Əli Əkbər Vilayəti və Muhəmməd Qərəzi dayanır.
