BMT-nin baş katibi- Ban Ki Mun deyir ki, Suriya münaqişəsində tərəflərdən hər birinin silahlandırılması faydalı olmayacaq və yalnız bu ərəb öıkəsinin parçalanmasına səbəb olacaq.
Ban Ki Mun deyib: Tərəflərdən hər birinin silahla təmin olunması hazırkı şəraitə cavab vermir… Bu münaqişə üçün heç bir həll yolu mövcud deyil… Hərbi yol birbaşa surətdə bu öıkənin parçalanmasına səbəb olacaq.
BMT baş katibinin sözləri Amerikanın Suriyanın prezidenti- Bəşşar Əsədin əleyhinə olan yarımhərbçilərə yeni silahların təqdim olunması qərarına reaksiyada söylənib.
Ban həmçinin deyib ki, o, ABŞ-ın Suriya dövlətinin kimyəvi silahlardan istifadə etməsinə dair itthamlarını təsdiq etməyəcək və BMT ekspertləri bu barədə informasiyaların toplanmasını davam etdirəcəklər.