İran İslam Respublikasında 11-ci dövr prezident və 4-cü dövr bələdiyyə seçkilərinin müddəti Tehran vaxtı ilə saat 1-ci dəfə saat 20:00-a qədər, 2-ci dəfə isə saat 22:00-a qədər uzadılıb.Tehranda isə bu müddət saat 23:00-a qədər uzadılıb.
İranın Daxili İşlər Nazirliyinin Seçki Qərargahı cümə günü günortadan sonra verdiyi bildirişdə elan edib: Səsvermə müddətinin uzadılması ilə bağlı müraciətlə əlaqədar İranın seçki məntəqələrindən əldə olunan məlumatları və daxili işlər nazirinin razılıq rəyini nəzərə alaraq bütün səsvermə məntəqələrində səsvermə müddətini saat 22:00-a qədər uzadıb.
Bu məlumata görə, müddətin uzadılması ölkədən xaricdəki səsvermə məntəqələrindəki qeydiyyat və səsverməyə də şamil olur.