AsyaXƏBƏRLƏR

Çin və Rusiya Yapon dənizində birgə hərbi manevr keçirirlər

Çin və Rusiyanın birgə hərbi dəniz manevrinə Yapon dənizində start verildi.

Çin və Rusiyanın birgə hərbi dəniz manevri bu gün Çin hərbi dəniz donanmasına məxsus 7 hərbi gəminin Uzaq Şərqdə Rusiyanın Vladivastok limanına daxil olması ilə başlanıb.

Öz növündə iki ölkə arasında ən iri manevr sayılan bu manevrdə Rusiya hərbi dəniz donanmasının Sakit Okeandakı bölməsinin 10-dan artıq hərbi gəmisi habelə, Çin hərbi dəniz donanmasının şimal bölməsi iştirak edir. Manevr 1 həftə davam edəcək.

Bu manevr son həftələr ərzində Çin dənizində rəsmi Pekin ilə Filippin və Yaponiya arasında ixtilafların kəskinləşdiyi dövrə təsadüf edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu