AsyaAvropaDünyaXƏBƏRLƏR

AB Ukrayna barəsində Rusiyaya 2 sutka vaxt verdi

Qərbin Ukrayna hadisələri barəsində Rusiyaya təzyiqlərinin artması ilə, Avropa Birliyi rəsmi Moskvaya 2 gün vaxt verib ki, Krım yarımadasındakı öz silahlı qüvvələrini Rusiya hərbi bazalarına qaytarsın.

İRNA-nın məlumatına görə, Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Ukrayna barəsində keçirilən fövqəladə iclasın sonunda verdikləri bəyanatda Rusiyadan 6 mart cümə axşamı gününə qədər Krım yarımadasındakı öz silahlı qüvvələrinin hərbi bazalarına qaytarmasını istəyib.
Həmçinin bu bəyanata əsasən, Avropa Birliyi və G-8 qrupuna üzv bu birliyin ölkələri qərara alıblar ki, Rusiyanın Soçi şəhərində keçiriləcək G-8 sammitində iştirak etməsinlər.
Bu bəyanatda bildirilir: Rusiya hərbi qüvvələri Krım yarımadasından bu ölkə hərbi bazalarına qayıtmadıqları təqdirdə, cümə axşamı günü səhər keçirilməsi qərara alınmış Avropa Birliyinin dövlət başçılarının fövqəladə iclasında Rusiya vətəndaşlarına sadələşdirilmiş vizanın verilməsi barəsindəki müzakirələr təxirə salınsın və Rusiyaya qarşı ehtimal olunan sanksiyalar, o cümlədən silah sanksiyası və əmlakın dayandırılması barəsində məsləhətləşmə aparılsın.
Rusiya Ukraynada qərbyönlülərin çevrilişinə və Ukraynanın şərq bölgələrində rus əsillilərin təhlükəsizliyinə təhdidə reaksiyada Krım yarımadasında öz hərbi qüvvələrinin iştirakını artırıb.
Teleqraf qəzetinin yazdığına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Katrin Aşton bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla Madriddə görüşdə Avropa Birliyinin 48 saatlıq möhlətini Rusiya rəsmilərinin diqqətinə çatdıracaq.
Belə bir halda Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü bir bəyanatda bildirib: Ukrayna hakimiyyəti və ərazi bütövlüyünə qarşı təhdidlərin yalnız bu ölkənin daxili siyasi böhranında kökü vardır və bu böhranın həll olunması Moskvanın şərikləri tərəfindən tam fərqli davranışı tələb edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu