Respublikaçı senator Con Məkkin Amerikanın Ukraynaya hərbi müdaxiləsini ümumiyyətlə təsəvvür edilməyəcək bir məsələ adlandırıb.
Məkkin bazar ertəsi günü AİPAC-in illik iclasında ABŞ prezidenti Barak Obamanı tənqid edərək, deyib: Obama Ukrayna məsələsində oyunu rusiyalı həmkarı Vladimir Putinə uduzub.
Bu respublikaçı senator həmçinin deyib: Ukrayna böhranı yetərsiz bir xarici siyasətin nəticəsidir ki, heç kimi Amerikanın qüdrətinə inandıra bilməyib.
Məkkin sonda deyib: Hazırda Ukrayna barədə heç bir hərbi seçim mövcud deyil. Lakin, Amerika bir çox seçimə malikdir.