AsyaDünyaXƏBƏRLƏR

Sionistlərin hücumunda iki fələstinli şəhid olub

Sionist rejim qırıcılarının Qəzzə zolağının şimalına olan hücumlarında iki fələstinli şəhid olub.

Sionist rejim qırıcıları dünən axşam Beyt Hanunda bir qrup fələstinlini hədəfə alıb ki, nəticədə Müsəb Musa Zəanin adlı bir fələstinli şəhid olub.
Həmçinin, Qəzzə zolağındakı tibb mənbələri bildiriblər ki, otuz bir yaşlı fələstinli Şərif Yusif Nasir sionist rejim qırıcılarının hücumu zamanı aldığı yaraların ağırlığı üzündən bu gün həyatını itirib.
Bir neçə fələstinli də bu hücum zamanı yaralanaraq, xəstəxanaya köçürülüb.
İsrail rejiminin iki min on ikinci ilin noyabrında Qəzzə zolağına hücumları dayandırması barədə anlaşma sənədinin imzalanmasından bəri Qəzzə zolağı dəfələrlə sionist rejim ordusunun hücumlarına məruz qalıb ki, bu da iyirmi bir nəfərin şəhid olması, onlarla nəfərin yaralanması və yüzlərlə fələstinlinin həbs edilməsi ilə nəticələnib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu