AsyaAvropaDünyaXƏBƏRLƏR

Rusiyanın Ukrayna barədə Qərb ilə müzakirələr üçün şərti

Rusiya Xarici İşlər Nazirliyinin bir rəsmisi bu ölkənin Ukrayna böhranı ilə bağlı Qərb ilə müzakirə aparmasını bu böhranın həlli üçün iyirmi bir fevral anlaşmasına qayıdış ilə şərtləndirib.

Adının gizli qalmasını istəyən bu rus rəsmi çərşənbə axşamı günü RİA Novosti ilə müsahibədə deyib: Ölkə konstitusiyasında islahatların aparılması və müvəqqəti hökumətin təşkil edilməsini nəzərdə tutan iyirmi bir fevral anlaşmasına qayıdışı və Ukrayna böhranını həll etmək üçün müzakirələrdə bütün siyasi tərəflərin iştirak etməsi Rusiyanın iki əsas şərtidir.
İyirmi bir fevral anlaşmasını Ukrayna prezidenti Viktor Yanıkoviç və müxalifət liderləri fevralın iyirmi birində, Yanıkoviçin prezidentlikdən kənarlaşdırılmasından bir gün öncə Polşa, Almaniya və Fransanın xarici işlər nazirlərinin vasitəçiliyi və iştirakı ilə imzalamışdılar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu