AsyaİranXƏBƏRLƏR

İranın Rəhbərlik Xübrəqanı Məclisinin sədri müqavimət iqtisadiyyatının icrasına təkid etdi

Rəhbərlik Xübrəqanı Məclisinin sədri deyib: Rəhbərlik Xübrəqanı Məclisi İslam İnqilabının Böyük Rəhbərinin bəyanatlarını müdafiə və himayə edən bir qurum olaraq müqavimət iqtisadiyyatının icrasına təkid edir.

İRNA-nın məlumatına görə, Ayətullah Məhdəvi Kəni bu gün Rəhbərlik Xübrəqanı Məclisinin 15-ci iclasının açılış mərasimində deyib: İslam İnqilabının Böyük Rəhbərinin “müqavimət iqtisadiyyatı” barədə təqdim etdikləri təhlil İran İslam Respublikasının özünü xaricilərin yardımlarına ehtiyaclı hesab etməməsidir.
Ayətullah Məhdəvi Kəni İran İslam Respublikasının üç əsas güc strukturu rəhbərlərinin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən elan olunmuş “müqavimət iqtisadiyyatı”nın icrasına olan təkidlərinə işarə edərək, deyib: Güc strukturu başçıları şüarların gerçəkləşməsi üçün icra və iş proqramlarına malik olmalıdırlar.
Rəhbərlik Xübrəqanı Məclisinin sədri əlavə edib: İran xalqı ötən 35 ildə sübut edib ki, ölkəsini sevir, ölkəsinin azadlığını istəyir və əcnəbilərin müdaxilələrinin qarşısının alınmasında israrlıdır. Bu böyük potensiala arxalanaraq, dövlət asılılıqlara son qoya bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu