Dünya

Abbas Əraqçi: ABŞ kimyəvi silahlara nəzarət üzrə qlobal qurumu iflic edib

Abbas Əraqçi: ABŞ kimyəvi silahlara nəzarət üzrə qlobal qurumu iflic edib

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın kimyəvi silahlara nəzarət üzrə qlobal qurumun fəaliyyətini iflic etdiyini bildirib.

Əraqçi qeyd edib ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı fəaliyyətini dayandırmağa və əsas proqramlarını məhdudlaşdırmağa məcbur qala bilər. O, ABŞ-ın bu təşkilatın missiyasının həyata keçirilməsinə mane olmaqla dünya sülhü və təhlükəsizliyini bilərəkdən təhlükəyə atdığını vurğulayıb və bu addımı “utancverici” adlandırıb.