Dünya

Abbas Əraqçi: Fransa hökuməti öz bacarıqsızlığını ört-basdır etmək üçün məsuliyyəti başqalarına yükləyir

Abbas Əraqçi: Fransa hökuməti öz bacarıqsızlığını ört-basdır etmək üçün məsuliyyəti başqalarına yükləyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, soyuducuların idarə edilməsinin öhdəsindən belə gələ bilməyən Fransa hökuməti öz xalqının etirazlarına baxmaqdan daha çox, bacarıqsızlığını ört-basdır etmək üçün məsuliyyəti başqalarının üzərinə atır.

Abbas Əraqçi qeyd edib: “Bəli, İran güclüdür. Lakin biz Fransadan fərqli olaraq gücümüzü Qəzzədəki qətliamlara dəstək verməklə və ya məktəbləri, xəstəxanaları bombalamaqla nümayiş etdirmirik.”