Yəməndə bir insan haqları qrupu bildirir ki, ABŞ 2012-ci ildə 80 haldan çox pilotsuz təyyarələrlə Yəmənə hücum edib.
Yəmən Hüquq və Azadlıqları Müdafiə Milli Təşkilatının məlumatına görə, ötən miladi ilində amerikan pilotsuz təyyarələr 80 dəfə Yəmənə hücum ediblər. Bu hücumlar bir çox mülki vətəndaşın ölümü ilə nəticələnib.
Bu arada Yəmən insan haqları fəalı əl-Müsəlləmi öz açıqlamasında ABŞ Senatı komitəsi qarşısında deyib: ABŞ-ın Yəmənə pilotsuz təyyarələrlə hücumu terrorizmlə mübarizə yerinə onu kəskinləşdirməkdir.
Terrorizmlə mübarizə iddiasında olan ABŞ pilotsuz təyyarələrdən istifadə etməklə Yəmən, Pakistan, Əfqanıstan və Somaliyə qarşı istifadə edir. Lakin bu hücumlar mülki vətəndaşların həlak olması ilə nəticələnir.
BMT-də də pilotsuz təyyarələrin hücumlarını tənqid edərək bildirir ki, bu hücumlar beynəlxalq qanunların pozulmasıdır.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ Yəməndə pilotsuz təyyarələrin gizli hücumlarını artırmaq niyyətindədir.
Yəmən xalqı da aylarla öncə bir neçə dəfə amerikalı pilotsuz təyyarələrin hücumuna etiraz olaraq aksiya keçirib və Sənadan dəhşətli hava hücumlarına görə Vaşinqtonla bütün münasibətlərinə son qoymasını istəyib.