İran və 5+1 Qrupu arasında nüvə işi ilə bağlı müzakirə aparan nümayəndə heyətlərinin başçıları ekspertlər səviyyəsində danışıqların Yeni İl tətilindən sonra davam etdirilməsi barədə razılığa gəliblər.
Məhəmməd Cavad Zərif və Katrin Aşton bazar günü telefon söhbətində razılığa gəliblər ki, İran və 5+1 Qrupu arasındakı müzakirələr ekspertlər səviyyəsində Yeni İl tətillərindən sonra davam etdirilməsin.
Zərif və Aşton bu telefon söhbətində İran və 5+1 Qrupu arasındakı ekspertlər səviyyəsində aparılan danışıqların son vəziyyəti və nəticələrini araşdırıblar.
İran və 5+1 Qrupu arasında ekspertlər səviyyəsində aparılan danışıqların növbəti turu ötən həftənin cümə axşamı günü Cenevrədə start götürmüşdü. Bu danışıqlar bazar gününə qədər davam etdi.
