AvropaDünyaXƏBƏRLƏR

ABŞ bazasındakı atəşaçmada 20 nəfər ölüb və yaralanıb

Amerikalı bir hərbçinin Texas ştatındakı “Fort Hood” hərbi bazasında 13 hərbçini öldürməsindən beş il sonra bir daha bu bazada oxşar hadisə baş verdi. “Fort Hood” hərbi bazasının sözçüsü- general Mark Meyli bildirib ki, bir əsgər çərşənbə günü bu bazada hərbçilərə tərəf atəş açıb.

Bu hadisə nəticəsində hücumçü şəxs daxil olmaqla dörd nəfər ölüb, 16 nəfər də yaralanıb. General Mark Meyli müxbirlərə deyib ki, bu hücumun terrorçu hücum olmasına dəlalət edəcək bir nişanə müşahidə olunmayıbdır. O, əlavə edib: Hücumçu şəxs atəşaçmadan sonra intihar edib. Bu hadisədə ölən və yaralananların hamısı hərbi personal olub. General Mark Meyli sonra deyib ki, bu şəxs 2011-ci ildə dörd ay İraq müharibəsində olub və psixoloji problemlərə görə, müalicə kursu keçirdi. Son altı ayda üçüncü dəfədir ki, Amerikanın hərbi bazalarında bu cür hadisələr baş verir. “Fort Hood” hərbi bazası 2009-cu ilin 5 noyabrında da ölümcül atəşaçma səhnəsi olmuşdu. ABŞ ordusunun mayoru və psixiatrı- Nizal Malik Həsən bu atəşaçmada bazada yerləşən əsgərləri atəşə tutaraq, 13 hərbçini öldürdü, 32 nəfəri də yaraladı. O, hərbi tribunalda edama məhkum olundu və hazırda Kanzas ştatındakı hərbi zindanda edam hökmünün icrasını gözləyir, eyni zamanda apellyasiya məhkəməsi işə yenidən baxılması ərizəsini nəzərdən keçirir. Fort Hood dünyada ən iri hərbi bazalardandır və onda 65 min əsgər və hərbi qüvvə yerləşibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu