İran xarici işlər nazirliyinin mətbuat katibi , Avropa parlamentinin anti-İran qətnaməsini təkrar yolverilməz sayıb.
Mərziyə Əfxəm bir müsahibədə Avropa parlamentində anti-İran qətnaməsinin qəti şəkildə qəbul edilməsinə işarə edərək bəyan edib : Avropa Birliyinin İranla münasibətlər strategiyası çərçivəsində olan bu qətnaməsi və onda İranda insan haqlarının pozulması kimi mövzunun qəbul edilməsi üzərində təkid edilərək qəti şəkildə qəbul edilməsi əsassız olub, yolverilməzdir.
Əfxəmin sözlərinə görə, Avropa parlamentində sionist lobbisi və İİR quruluşu düşmənlərinin təsiri altında ifratçı nümayəndələrin bir qrupunun bu qurumun növbəti seçkiləri üçün təbliğat imkanlarından sui-istifadə məqsədilə atdıqları addımlarının bu anti-İran qətnaməsinin qəbul edilməsində rolu olub.