İran Xarici İşlər Nazirliyi çərşənbə günü səhər çağı Pakistanın Tehrandakı səfiri Nurməhəmməd Cədmanini bu nazirliyə çağıraraq bu ölkə hökumətinin təəssüblü olaraq İranın oğurlanmış sərhəd qüvvələrinin birini şəhid edənləri kəşf və yaxalamasını tələb edib.
Terrorçu Ceyşolədl qruplaşması 2014-cü il fevral ayında İranın 5 sərhəd qüvvəsini Sistan və Bəluçestan ostanının Cəkigur məntəqəsində oğurlayaraq Pakistan ərazisinə köçürmüşdür.
Bu terrorçu qruplaşma 3 gün bundan əvvəl oğurlanmış sərhəd qüvvələrindən biri olan Cəmşid Danayifəri edam etdiyini bildirmişdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu xəbərə dərin təəssüf bildirərək Pakistan hökumətinin bu məsələ ilə əlaqədar məsuliyyət daşıdığını bildirib, cavabdeh olmasını tələb etmişdir.