Bir amerikan qəzet bildirib ki, Amerika demokratiya tələbi günahına görə, 94 BƏƏ vətəndaşının mühakimə olunaraq, cəzalandırılması qarşısında susub.
New York Times qəzeti yazıb: ABŞ BƏƏ-də demokratiya tələb edənlər üçün təyin edilmiş cəzalardan agahdır, lakin dəyişikliklər tələb edənlərə qarşı təhlükəsizlik hücumları qarşısında sükut edibdir.
Bu qəzet ətraflı bir reportajda qeyd edib ki, BƏƏ başda olmaqla Fars Körfəzi ətrafındakı ölkələr 2011-ci ilin başlanğıcında ərəb ölkələrindəki etirazlara bənzər etirazlardan uzaq olmaq və vəziyyəti sakitləşdirmək üçün iri pullar xərcləyiblər, lakin eyni zamanda etirazçılara qarşı sərt rəftarlara əl atıb və demokratiya və dəyişikliklər istəyən fəallar və hərəkatlar üçün çoxlu problem və məhdudiyyətlər yaradıblar.
New York Times sonra yazıb: Ərəbistan Əl-Şərqiyyə məntəqəsində fəallar və xalq etirazlarını yatırdıb və Fars Körfəzi ətrafındakı digər ölkələrin hökmdarları da bu cür addımlar atıblar.
Bu amerikan qəzet daha sonra yazıb: Amerika, BƏƏ-ni məntəqədə özünün ən mühüm müttəfiqlərindən biri və neft təmini üzrə mühüm bir mənbə bilir və nəticədə bu ölkədə demokratiya tələb edənlərin repressiya olunmaları qarşısında susubdur.
Bir çox nəzarətçilər BƏƏ başçılarının bu hərəkətlərini onların bu ölkədə vəziyyətin ehtimal üzrə gərginləşməsindən nigaran olmaları və ölkədə bu kimi etirazların baş verməsinin qarşısının alınması üzrə səylərinin nişanəsi adlandırıblar.