İtaliyanın keçmiş baş naziri Silviyo Berloskoni Unipel bankı məhkəmə işi haqda bir il həbsə məhkum edilib.
Məhkəmənin hökmünə əsasən Berloskoni özünün siyasi rəqiblərinə zərbə vurmaq üçün İtaliyanın Demokrat Partiyasının o zamankı katibinin Unibankın sədri ilə gizli söhbətlərini qardaşının idarə etdiyi qəzetdə yayımlamışdı.
Berloskoni ötən neçə ay içərisində bir neçə məhkəmədə rüşvət, korrupsiya, vergidən qaçma, məhkəmədə yalan ifadə vermək və qanuni yaşdan aşağı olan bir gənc qızla cinsi əlaqə qurmaq ittihamları ilə mühakimə edilib və bəzi işlərdə məhkum edilibdir.