İtaliyanın sabiq baş naziri Silviyo Berloskoni yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə olmaqda və öz vəzifəsindən sui-istifadə etməkdə müqəssir bilinərək, 7 il həbsə məhkum edildi.
S.Berloskoninin məhkumluğunun İtaliyada koalisiya dövlətinin zəifləməsinə səbəb olacağı ehtimal olunur.
Berloskoni ötən bir neçə ildə bir neçə dəfə karrupsiya, məhkəmədə yalan ifadə vermək, rüşvətxorluq və yetkinlik yaşına çatmamış qızlarla qeyri-qanuni cinsi əlaqədə olmaq kimi ittihamlarla məhkəmə qarşısına çıxarılıb.