LivanXƏBƏRLƏR

Livan Hizbullahı təkfiri şeyxin rəftarını qınadı

Livan Hizbullahı ifratçı təkfiri şeyx olan Əhməd əl-Əsirin dəstəsinin Səbda məntəqəsində Livan ordusu və sivil xalqa qarşı cinayətlərini, onlarla nəfəri öldürüb və yaralamasını pislədi.

Hizbullah öz bəyanatında Səbda əhalisi və Livan ordusunun üzləşdiyi hadisəyə görə təəssüfləndiyini bildirib və vurğulayıb: Bir qrup hərbçinin, əsgərin və sivil vətəndaşın ölümü ilə nəticələnən bu hadisə əslində bütün livanlılara qarşı yönəlmiş bir hücum olub və ölkənin gələcəyi, təhlükəsizliyi və milli mənafeyini hədəfə alıb.
Hizbullahın bəyanatında deyilir: Bu hücum Livanın ən mühüm qurumu olan ordusunu hədəfə alıb. Halbuki, ordu Livanın təhlükəsizliyi və sabitliyini qoruyan başlıca qurumdur.
Hizbullah əlaqədar orqan və rəsmilərdən istəyib ki, bu kimi hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirsinlər və cinayətkarları ədalət məhkəməsinə versinlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu