ABŞ prezidenti Barak Obamanın Ağ Evdə əhalini sakitləşdirməyə çağırmasından bir gün sonra, bu ölkənin bir neçə şəhərinin əhalisi şənbə günü amerikalı qaradərili yeniyetmə Trayvon Martinin qatilinə bəraət qərarına etiraz olaraq irqçiliyə qarşı etiraz aksiyası keçirib.
Aksiyalar 100-dən artıq şəhərlərdə keçirilir və Obamanın çıxışına baxmayaraq, səngimək bilmir.
minlərlə nəfər Nyu-York, Çikaqo, Los-Anceles, Mayami, Atlanta və San-Fransisko şəhərlərində federal hökumətlərin inzibati binaları qarşısında toplaşıb və qətlə yetirilən yeniyetməyə qarşı ədalətsizlik çərçivəsində ABŞ-da ağdərili olmayan irqlərə qarşı ayrı-seçkiliyin tətbiq olunmasını pisləyib.
Müxtəlif şəhərlərdə keçirilən aksiyalarda etirazçılar oxşar şüarlar səsləndirib və “Trayvona Ədalət” və “Biz Ədalət İstəyirik” şüarları veriblər.