Parisdə yaşayan misirlilər ABŞ-ın müdaxilələrinə etiraz ediblər.
Bu məlumatda qeyd olunub: ABŞ səfirliyinə yaxın Madlin meydanından və Elisey sarayının Konkurd meydanında keçirilən yürüşdə etirazçılar ABŞ-ın Misirin daxili məsələlərindəki müdaxilələrini pisləyiblər.
Bu məlumatın davamında bildirilir: ABŞ Konqresində Texas ştatının konqresmeni Levi Cohmert Misir qarşısında rəsmi Vaşinqtonun mövqeyi barəsində Məhəmməd Mursiyə qarşı etirazçıların kadrlarını göstərib ki, onlar ABŞ-a qarşı kəskinliklə hücum edərək Birləşmiş Ştatları dünyada terrorizmi himayə etməkdə ittiham edirlər.
Cohmert bildirib ki, ABŞ hökuməti Misir və Liviyada terrorizmi dəstəkləyir və hazırda da çalışır ki, Suriyadakı terrorizmi dəstəkləsin.
Cohmertin sözlərinə görə, ABŞ prezidenti terrorçuları dəstəkləməkdən çəkinməlidir.