AvropaDünyaXƏBƏRLƏR

ABŞ-da kobudluq və əmin-amansızlıq bitən deyi

Los-Anceles şəhərinin cənubunda atəş açma nəticəsində dörd nəfər yaralnıb. Həmçinin dünən Nyu-Mexiko ştatının Rasul şəhərindəki bir orta məktəbdə atəşin açılması nəticəsində bir neçə nəfər yaralanıb.

Həmçinin Florida ştatının Tempa şəhərindəki bir kinoteatrda mobil telefondan istifadə üstündə baş vermiş dalaşma atəş açmaya və bir nəfərin öldürülməsinə gətirib çıxarıb.
Florida ştatının Tempa şəhəri polisinin istefada olan bir məmuru bazar ertəsi günü kinoteatrda tamaşa zamanı bir nəfəri qəsdən qətlə yetirməkdə ittiham olunub.
Yerli telekanallardan biri bildiribdir ki, istefada olan yetmiş bir yaşlı polis məmuru- Kertis Rives Tempa şəhərində filmə tamaşa edərkən yanındakı bir tamaşaçı ilə dalaşır.
Bu mənbənin bildirdiyinə görə, Çad Olson filimin nümayişi zamanı SMS göndərməklə məşğul imiş ki, Rivesin etirazı ilə üzləşir. İki nəfər arasında höcətləşmənin kulminasiya nöqtəsində, sonradan həlak olan şəxs Rivesə tərəf poffil atır ki, istefada olan polis dərhal Olsona tərəf atəş açır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu