Ukraynanın paytaxtı- Kiyev antihökumət aksiyalarının şahidi olub.
Bu aksiya Kiyevin Mijihriya məntəqəsində keçirilib və bir qrup müxalif bu ölkənin prezdenti- Viktor Yanukoviç ilə onu müşayiət edənləri aparan avtomobil karvanının keçəcəyi şose yolunu bağlayaraq, öz etirazını bildiribdir.
Bu aksiyada iştirak edən Ukrayna parlamentinin üzvü- Andrey Parubi deyib: Bizim bu aksiyada məqsədimiz, Yanukoviçi daşıyan avtomobil karvanının hərəkətinin və onun Kiyevdən çıxmasının qarşısını almaqdır. Biz öz tələblərimizi ona bildirmək istəyirik.
