DünyaXƏBƏRLƏR

Ukrayna prezidenti milli danışıqların başlanmasını vurğulayıb

Ukraynanın prezidenti- Viktor Yanukoviç siyasi böhranın həlli üçün bu ölkənin bütün siyasi qüvvələri və ictimai şəxsiyyətlərinin iştirakı ilə milli danışıqların başlanması vacibliyini vurğulayıb.

Yanukoviç bu gün bir telemüraciətdə dövlət müxaliflərinin ümumi razılıq və sazişin önəminə və qarşıdurma və ultimatum yolunda hərəkət etməkdən çəkinməyə diqqət yetirmələrini istəyib.
Ukraynanın həbsdə olan keçmiş baş naziri- Yuliya Timoşenko bu gün bir bəyanatda bu ölkə xalqından istəyibdir ki, Ukrayna hökumətinə qarşı qiyam qaldırsın.
Ukrayna son həftələrdə dövlət müxaliflərinin bu ölkə prezidentinin Avropa Birliyi ilə ticarət əməkdaşlığı müqaviləsini imzalamaqdan çəkinməsinə etiraz olaraq geniş aksiyalar keçirmələrinin şahidi olub.
Qərb Ukraynada müxaliflərin küçə etirazlarına geniş dəstək verərək, Kiyevi Moskva ilə əlaqələrini azaltmaq və Avropa Birliyində tabe üzvlük barədə razılaşmanı imzalamaq məqsədi ilə Brüsselin şəraitini qəbul etməyə təslim etməyə səy göstərir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu