İranXƏBƏRLƏR

İran sərbəst güləş üzrə “Dünya Kuboku-2013”ün qalibi oldu

İranın sərbəst güləş üzrə yığma komandası Rusiya yığmasını məğlub edərək “Dünya Kuboku-2013”ün qalibi oldu.
Bu gün günortadan sonra Tehranın 12 min nəfərlik Azadlıq İdman Kompleksində baş tutan final görüşündə İran yığması 6-1 hesabı ilə Rusiya yığmasını məğlub etdi.
İran və Rusiyanın sərbəst güləş üzrə yığma komandaları cümə axşamı günü Tehranda start götürən sərbəst güləş üzrə 41-ci Dünya Kuboku yarışlarında bütün rəqiblərini məğlub edərək finala yüksəlmişdilər.
Bu yarışlarda Rusiya, Azərbaycan, Belarus, Türkiyə, Qazaxıstan, İran, Amerika, Gürcüstan, Yaponiya və Bolqarıstan iştirak edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu