Amerikalı kinomatoqraf ABŞ-ın casusluqlarının bu ölkəyə qarşı hislərin güclənməsinə səbəb olduğunu bildirib.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi dünyada son dərəcə geniş casusluq şəbəkəsinə malikdir. Bu Agentliyin rəftarları dünya xalqlarının ciddi nigaranlığına səbəb olub və onları qəzəbləndirib. Onları ABŞ əleyhinə təhrik edib. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin bu hərəkəti dünya xalqları arasında Amerikaya qarşı nifrət hissini gücləndirib. Beləliklə, əgər bu Agentliyin məqsədi ölkənin təhlükəsizliyini gücləndirmək olubsa, praktiki olaraq Amerikaya qarşı nifrət və qəzəbin artması ilə təhlükəsizliyin zəifləməsinin şahidi oluruq.