Amerika ordusunun komandanları bu ölkənin hərbi büdcəsinin azalmasından nigaranlıq edərək, onu ordunun hərbi qüdrətinin zəifləməsi amili adlandırıblar.
Amerika mediaları cümə axşamı günü bildiriblər ki, Pentaqon-un hərbi rəsmiləri hərbi büdcənin azalması səbəbindən ABŞ konqresinə xəbərdarlıq edərək, bildiriblər ki, bu şəraitlə Amerika ordusu dünyada zəifləyəcəkdir.
Konqres üzvləri Amerikada iqtisadi göstəricilərin azalması və maliyyə böhranının davam etməsinə görə, Pentaqon -un büdcəsini azaldıblar.
Hərbi rəsmilər bu qərardan narazılıq edərək, belə qənaətdədirlər ki, Amerikanın hərbi büdcəsini azaltmaq bu ölkənin hərbi qüdrətinin azalmasına gətirib çıxaracaqdır.
ABŞ hərbi qüvvələrinin baş qərargah rəisi- Karl Levin qeyd edib ki, bu ölkənin müdafiə qüvvəsinin zəifləməsi milli təhlükəsizliyə ziyan vuracaq.
Qərar üzrə 2021-ci ilin sonunadək bu ölkə ordusunun büdcəsindən 480 milyard dollar azalmalıdır.
