ABŞ Dövlət Departamentinin sözçüsü Patriot raketləri və F-16 qırıcılarının İordaniyada saxlanılması ehtimalından xəbər verib.
Cin Besaki deyib: “Pusquda Durmuş Şir” hərbi təlimlərində iştirak məqsədilə Patriot raketləri və F-16 qırıcılarının İordaniyaya göndərilməsi haqda razılıq əldə olunub və bu hərbi təlimlər cari ayda təşkil edilməlidir.
C.Besaki əlavə edib: Əgər İordaniya Vaşinqtondan istəyərsə, hərbi təlimlər başa çatdıqdan sonra göndərilmiş silahlar İordaniya silahlı qüvvələrinə dəstək məqsədilə bu ölkədə qalacaq.
İordaniya dövlətinin sözçüsü Məhəmməd əl-Mömini də bu hərbi təlimlərin ABŞ ilə davamlı hərbi təlimlər çərçivəsində olduğunu deyərək, hərbi-müdafiə xarakteri daşıdığını bildirib.