Bir ingilis qəzeti, qətərli-misirli müfti Yusif Qərzavinin təhrikedici çıxışları və sözlərinin bütün Yaxın və Orta-Şərqdə firqə və məzhəb zəmində çaxnaşmaların yaranmasına səbəb olacağı haqda xəbərdarlıq edib.
Daily Telegraf bu haqda yazıb: Qətərdə yaşayan bu misirli ifratçı mübəlliğ və Müsəlman Qardaşların mənəvi lideri təəssüb və nifrətlə dolu sözlərdə ələviləri yəhudilər və xristianlardan daha kafir adlandırıb və bütün müsəlmanlardan istəyibdir ki, güc və qabiliyyətləri olduğu təqdirdə Dəməşq hökumətinə qarşı müharibə üçün Suriyaya getsinlər.
Bu ingilis qəzet sonra belə əlavə edib: Qərzavi hətta ələvilər haqda danışdığı və onları başqa dinlərin davamçıları ilə müqayisə etdiyi zaman, bilərəkdən xristianlar terminindən istifadə etmək yerinə, çox istifadə edilməyən “nəsari” terminindən istifadə edibdir. Bu elə bir haldadır ki, bu kəlimə çoxdandır ki, çox az istifadə edilir.
Yusif Qərzavi son zamanlar Cümə Namazı xütbələrində çox kəskin və hörmətsizcəsinə sözlərdə Ələviləri “Nəsari” adlandırdı və onların yəhudilər və xristianlardan daha kafir olduqlarının iddia etdi.
Bu qətərli müftinin Suriya və Müqavimət əleyhinə kəskin hücumları elə bir haldadır ki, o heç vaxt sionist cinayətkarların Fələstin və Livan xalqlarına qarşı vəhşiliklərinə heç bir etiraz etməyib və hətta son zamanlar Rəsmi Vaşinqtonun sionist rejim haqdakı nigarançılığının yersiz olduğunu bildirərək, “suriyalı müxaliflərin İsrailə qarşı təhlükələri yoxdur!” demişdi.