AsyaAvropaDünyaXƏBƏRLƏR

ABŞ-ın iki təyyarəqayıran şirkəti İrana hissələrin satılmasını istəyib

Amerikanın Boinq və General Elektrik şirkətləri sərnişin daşıyan təyyarələrin əvəzlənən hissələrinin İrana satışı üzrə Ağ Ev rəsmilərin müraciət ediblər.

General Elektrik şirkətinin direktorlarından biri bildirib ki, 2004-cü ildən indiyə qədər bu şirkət İranın sərnişin təyyarələrinin ehtiyac duyulan hissələrinin təmin olunmasını istəyir və rəsmi şəkildə müraciət edib.
O qeyd edib ki, son nüvə anlaşmasını nəzərə alaraq General Elektrik şirkəti lazımi icazənin verilməsi məqsədilə Ağ Ev rəsmilərinə öz müraciətini yenidən təqdim edib.
Amerika mediaları həmçinin Boinq şirkətinin direktorlarından birinə istinadla bildiriblər ki, bu şirkətin müdirləri də Amerika rəsmilərinə oxşar müraciət ediblər.
Uçuş təhlükəsizliyi məsələləri üzrə ekspertlərdən biri bildirib ki, Amerika hökumətinin sərnişin təyyarələrin əvəzlənən hissələrinin İrana satışının qadağası barəsindəki qərarı Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasının qanunu həmçinin bu ölkənin təyyarəqayıran şirkətlərinə satışdan sonra xidmətlərin göstərilməsinə ziddir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu