Quran baharı olan Mübarək Ramazan ayının ilk günündə, bu gün günortadan sonra Quran ilə Ünsiyyət Məclisləri üzvləri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin görüşündə olublar.
Təqribən 3 saat yarım davam edən bu görüş mənəviyyat dolu bir atmosferdə baş tutub. Quran hafizləri, Quran qiraətçiləri və Quran ustadları İlahi kəlamlardan tilavət ediblər. Daha sonra xor dəstəsi Ramazan ayının fəzilətləri ilə bağlı mədhiyyələr oxuyub.
İslam İnqilabının Böyük Rəhbəri isə Quran oxumaq, hifz etmək və öyrənməyi Quran İctimaiyyətinə gedən yolda atılan ilk addımlardan adlandırıb və deyiblər: İslam ictimaiyyətində Quran Hidayəti və İslami Yaşam Tərzi hakim olmalıdır.
