AzərbaycanXƏBƏRLƏR

ABŞ-ın rəsmi Bakıya göstərişləri!!

Azərbaycan Respublikası xəbər mənbələri bildiriblər ki, ABŞ Dövlət Departamenti qeyri-adi dərəcədə sərt və qeyri-diplomatik danışıq dilindən istifadə edərək gələcək seçki ilə bağlı Azərbaycan Respublikası hakimiyyətinin ünvanına kəskin tənqidlərini səsləndirib.

Yeni Musavat Virtualaz saytına istinadən xəbər verib ki, ABŞ Dövlət Departamentinin rəsmi Bakını tənqid etməsinə səbəb səbəb oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesini müşahidə etmək üçün Bakıya gəlmək istəyən ABŞ nümayəndə heyətinin səfərinin baş tutmaması olub.

ABŞ Dövlət Departamenti Ermənistanın İctimai Televiziyasının Vaşinqton müxbirinin bu məsələ bağlı sorğusunu ayrıca bəyanatla cavablandırıb.

Bəyanatda qeyd edilir : “Azərbaycan hakimiyyətinin bu hərəkəti prezident seçkiləri ərəfəsində ölkədəki seçkiqabağı vəziyyətlə bağlı suallar doğurur. Biz Azərbaycan hakiimiyyətini xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesi keçirməyə çağırırıq. Biz Azərbaycan hakimiyyətini söz və sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağa, həmçinin qanunun aliliyi prinsipinə həm seçki vaxtı, həm də ondan sonra əməl etməyə çağırırıq. Biz Azərbaycan hakimiyyətini yerli və beynəlxalq müşahidəçilərin seçkilərdə gördüyü vacib işlərdə onloara yardım etməyə də çağırırıq” deyə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu