ABŞ və İngiltərə bildirirlər ki, Suriya məsələsi barədə irəliləyişin tərzi ilə bağlı Rusiya ilə ortaq məxrəcə gəliblər.
ABŞ prezidenti Barak Obama və İngiltərənin baş naziri David Kameron bazar ertəsi günü Vaşinqtonda keçirdiyi görüşdə vəd ediblər ki, Suriya böhranı üçün siyasi həll yolu tapmaq üçün diplomatik üsullardan istifadə etsinlər.
Kameron Ağ Evdə Obama ilə saat yarımlıq görüşdən sonra müştərək bir mətbuat konfransında deyib: Suriyanın tarixi bu ölkə xalqının qanında yazılır və bu məsələ bizim gözlərimizin qarşısında baş verir.
İngiltərənin baş naziri əlavə edib: Dünya ölkələri təcili olaraq, bu qırğına son qoymaq üçün bir araya gəlməlidirlər. Bizim heç birimiz daha artıq qırğın və ya kimyəvi silahdan istifadə etməyin şahidi olmaq istəmirik.
Mayın 10-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə “son dərəcə əsas, məqsədyönlü və səmərəli müzakirələr” aparmış Kameron qeyd edib ki, onun və Vaşinqtonun nəzərincə, London və Moskva Suriya böhranının həlli sahəsində ortaq məxrəcə gəliblər.
Obama Kameron ilə razılaşaraq deyib: Rusiya beynəlxalq səhnənin liderlərindən biri kimi, bu böhranın həlli üçün səy göstərməyə borclu və maraqlıdır.
Bununla belə, Obama ilə Kameron “Suriya prezidenti Bəşşar Əsədin hakimiyyəti başa çatmalıdır” deyəndə iç üzlərini göstərdilər.