“Hərəm müdafiəçiləri” adlı iri toplantının iştirakçıları bir bəyanatda bildiriblər: Allahın peyğəmbərinin övladlarını həmişəlik müdafiə üçün Cövlan yüksəkliklərinə doğru irəliləyəcəyik ki, dünya imperializmi bilsin: Kül altda gizlənmiş potensial müqəddəs hiddəti qızışdırmağın nəticəsi, onun alovlanmasından başqa bir şey olmayacaq.
“Hərəm müdafiəçiləri”nin ən iri toplantısı bazar ertəsi günü Tehranın şəhid Şirudi adına idman kompleksində paklıq Əhli-Beyti(ə) aşiqlərinin geniş iştirakı ilə keçirilib.
Üzərilərində “Ləbbeyk, ya Ruqəyyə!” şüarı yazılmış paltar geymiş və alınlarına “Hərəm müdafiəçiləri” yazılmış lentlər bağlamış iştirakçılar Suriyadakı müqəddəs məkanları müdafiə etməyə hazır olduqlarını bildiriblər.