DünyaXƏBƏRLƏR

Ləbbeyk deyən gənclər sıxıntı içində

Siyasi və dini fikirlərinə görə həbs olunmuş mübariz ruhani Hacı Taleh Bağırzadənin məhkəmə prosesi zamanı oktyabrın 28-də saxlanılan 4 dindara qarşı cinayət işi qaldırılıb.

Hecı Talehə ləbbeyk deyən dindarlar cinayət məcəlləsinin 315.2 maddəsi ilə güc tətbiq etməklə polisə müqavimətdə ittiham olunublar.

Bunula bağlı “Turan”a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Lakin prokurorluqda həmin şəxslərin adları açıqlanmayıb və bildirilib ki, hələlik onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Öz növbəsində vəkil Cavad Cavadov bildirib ki, saxlanılan dindarlar polisə heç bir müqavimət göstərməyiblər, əksinə özləri amansız rəftara məruz qalıblar. Dindarlar məhkəməyə gəliblər ki, prosesi müşahidə etsinlər. Vəkil güman edir ki, onlara qarşı planlaşdırılmış təxribat törədilib.

Qeyd edək ki, islamçıların hüquqlarını Müdafiə Komitəsi mübariz ruhani Hacı Taleh Bağırzadənin məhkəmə prosesi zamanı 20 dindarın saxlandığını bildirib. Bu gün məlum olub ki, onların əksəriyyəti 50 manatdan 800 manatadək cəriməni ödəyəndən sonra buraxılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu