Son araşdırmalara görə, irqçilik ABŞ məktəblərinə geri qayıdır.
ABŞ-ın UCLA universiteti tərəfindən hazırlanmış və cümə axşamı günü yayımlanan sivil hüquqlarla hesaba əsasən altmış il əvvəl ABŞ Ali Məhkəməsinin “Braun Təhsil Şurasına Qarşı” işi ilə bağlı qərarı bu istiqamətdə bir dönüş nöqtəsi olmuşdusa, hazırda “vahid” siniflərə doğru irəliləyişdə geriyə dönüş müşahidə olunmaqdadır.
Hal hazırda qaradərililər məktəblərdə ötən bir neçə onilliklə müqayisədə daha artıq irqçilik rəftarlarına məruz qalırlar və əslən Latın Amerikasından olan məktəblilərin təqribən yarısı latın əsilli məktəblilərin çoxluq təşkil etdiyi məktəblərdə təhsil almaqla məşğuldur.
Nyu-York, Kaliforniya və Texasda latın əsilli məktəblilərin təqribən yarısı məktəblilərinin doxsan faizini irqi azlıqlar təşkil edən məktəblərdə təhsil almaqla məşğuldur.
“Braun altımışınci illərdə” kitabının yazarlarından olan Gəri Orfild deyir: Bu dəyişiklik o baxımdan problemə səbəb olur ki, ağdərililərlə müqayisədə azlıqda olan irqin nümayəndələrinin daha aşağı keyfiyyətdə təhsil aldığı müşahidə olunmaqdadır.
Araşdırmalardan aydın olur ki, müxtəlif amillər sırasında irqçilik “vahid” irqli məktəblərin formalaşmasına irqlər arasındakı bərabərsizliyə dəlalət edən ən mühüm amildir.
Orfild daha sonra deyir: orta səviyyəli məktəblər ağdərililər və asiyalılar, yoxsul məktəblər isə qaradərililər və latın əsillilər üçündür.
Bundan öncə də PİO müəssisəsi Amerikada irqçilik barədə bildirmişdi ki, Amerikada ağdərililər ilə qaradərililər arasındakı iqtisadi və ictimai uçurum ötən bir neçə onillikdə xeyli dərinləşib. Və Amerikanın ilk qaradərili prezidenti Barak Obamanın prezidentliyi dövründə irqçiliklə bağlı problemlərin azalacağı ilə bağlı ümidlər xeyli azalıb.