Besent sentyabrın əvvəlindən etibarən İran iqtisadiyyatının bir neçə həftə və ya ay ərzində çökə biləcəyini bildirirdi. Lakin bu proqnoz reallaşmadıqdan sonra oktyabrın əvvəlində “Bizim dəqiq zaman cədvəlimiz yoxdur!” deyə açıqlama verdi.
ABŞ mediası da Besentin siyasətini tənqid edib. “Financial Times” “Sanksiyalar mütləq təslimiyyətə gətirib çıxarmır”, “The Nation” “İranla müharibə siyasət baxımından tam bir fəlakət olub”, “The New Republic” isə “Besentin nikbin proqnozları xəyalpərəstlikdən başqa bir şey deyil” ifadələrini işlədib.


